Ev Siyasət Seul müdafiə xərclərini artırır: “Ağıllı ordu” yaradacaq

Seul müdafiə xərclərini artırır: “Ağıllı ordu” yaradacaq

156

Cənubi Koreya öz silahlı qüvvələrini gələcək hərbi münaqişələrə hazır vəziyyətə gətirmək və “ağılı” standatlara çatdırmaq üçün əlavə vəsait ayıracaq.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Koreya Respublikasının Prezidenti Li Çje Men bildirib.

Li Çje Menin sözlərinə görə, müdafiə büdcəsinin artırılması ordunu gələcək müharibələrə hazır şəkildə formalaşdırmağa imkan verəcək. O qeyd edib ki, Seulun regional təhlükəsizlikdəki rolunu genişləndirmək üçün ABŞ Prezidenti Donald Trampla razılığa gəlib.Cənubi Koreya lideri ayrıca vurğulayıb ki, Vaşinqtonla birgə iş Koreya yarımadasının nüvəsizləşdirilməsinə (denuklearizasiya) yönəldiləcək.

Əvvəlki məqaləBakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb
Növbəti məqalədəAlmaniya klubu azərbaycanlı futbolçunu cəzalandırdı