Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin edilib.
Oxu.Az xəbər verir ki, Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən, Nurlan Rauf oğlu Hacıyev Nazirliyin aparat rəhbəri vəzifəsinə gətirilib.N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil alıb.Qeyd edək ki, Nurlan Hacıyev əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayıb. Sonrakı illərdə o, “Naxçıvanbank” ASC-nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.










