Ev Siyasət İlham Əliyev Pekində paraddan sonra verilən ziyafətdə iştirak edib

İlham Əliyev Pekində paraddan sonra verilən ziyafətdə iştirak edib

86

Sentyabrın 3-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlki məqaləNobel qardaşlarının tikdirdikləri 1882-ci ilə aid tarixi binadan FOTOREPORTAJ
Növbəti məqalədəÇində İlham Əliyevlə Məsud Pezeşkian arasında Azərbaycan dilində səmimi dialoq