Ev İdman Rusiya Olimpiya Komitəsinin rəhbəri Azərbaycanda keçiriləcək MDB Oyunlarına dəvət edildi

Rusiya Olimpiya Komitəsinin rəhbəri Azərbaycanda keçiriləcək MDB Oyunlarına dəvət edildi

87

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyaryovu Bakıda keçiriləcək MDB Oyunlarına səfərə dəvət edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Deqtyaryov Şərq İqtisadi Forumunda (EEF) “İdman diplomatiyası: yeni çağırışlar və imkanlar” adlı sessiyada danışıb.

“Nümayəndə heyətimiz MDB Oyunlarının keçiriləcəyi Bakıya, Azərbaycana yola düşməyə hazırlaşır. Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib, lakin səfərimlə bağlı qərarımı ayrıca verəcəyəm”, – Deqtyaryov bildirib.

Qeyd edək ki, III MDB Oyunları Azərbaycanda sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək. Açılış (28 sentyabr) və bağlanış (8 oktyabr) mərasimləri Gəncədə keçiriləcək. Rusiya komandasının ərizəsində 260-dan çox idmançının adı yer alıb.

Əvvəlki məqaləKallas: “Çin, Rusiya və İranın ittifaqı Qərbə açıq meydan oxuyur”
Növbəti məqalədə“Daxili qoşunlar haqqında” yeni qanun layihəsi hazırlanıb