Ev Dünya Alyaskada ABŞ-Tayvan gizli danışıqları baş tutub

Alyaskada ABŞ-Tayvan gizli danışıqları baş tutub

78

Ötən həftə Alyaskada ABŞ və Tayvan müdafiə nazirliklərinin nümayəndələri arasında gizli danışıqlar baş tutub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Financial Times” (FT) nəşri mənbələrə istinadən yazıb.

Məlumata görə, danışıqlar ABŞ və Tayvanın yüksəksəviyyəli rəsmilərinin iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünün ləğvindən sonra baş tutub. Tayvandan olan nümayəndə heyətinə adanın müdafiə nazirliyinin rəhbəri Vellinqton Ku rəhbərlik etməli idi.

Nəşr bildirib ki, Pentaqonun Hind-Sakit okean regionu üzrə nümayəndəsi Ced Royal və Tayvanın milli təhlükəsizlik müşavirinin müavini Syu Sı-Tszen Ankoricdə görüş keçiriblər.

ABŞ məmurlarından birinin sözlərinə görə, görüşün Alyaskada keçirilməsi və onun səviyyəsinin aşağı salınması ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında mümkün sammiti təhlükəyə atmamaq üçün danışıqları daha az rezonanslı etmək məqsədilə düşünülmüş cəhddir.

Əvvəlki məqaləDövlət xidmətinin rəsmisi: “Bizi məcbur edirlər ki, SƏRT MÖVQE göstərək”
Növbəti məqalədəİzmirdə IV Türkiyə-Azərbaycan Enerji Forumu keçirilib