Ev İdman Lionel Messi dünya çempionatının seçmə oyunlarında rekorda imza atdı

Lionel Messi dünya çempionatının seçmə oyunlarında rekorda imza atdı

61

Argentina milli komandasının üzvü Lionel Messi futbol üzrə dünya çempionatının Cənubi Amerika üzrə seçmə oyunlarında yeni rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, onun komandası sentyabrın 5-də Buenos-Ayresdə Venesuelanı qəbul edib.

Messi matçda iki qol vurub. Bu onun dünya çempionatının Cənubi Amerika üzrə seçmə oyunlarında 72-ci matçı olub.

Bu göstərici ilə Messi ekvadorlu İvan Hurtado ilə bərabərləşib.

Qeyd edək ki, ilk üçlüyü paraqvaylı Paulo da Silva (66 oyun) tamamlayır.

Əvvəlki məqalə“Azeri Light” nefti ucuzlaşıb
Növbəti məqalədə“US Open”: Qadınlarda final cütü məlum oldu