Ev Manşet Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

81

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Oxu.Az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçiriləcək.

Əvvəlki məqalə“US Open”: Qadınlarda final cütü məlum oldu
Növbəti məqalədəElçin Məsiyev DÇ-2026 seçmə mərhələsinin oyununa təyinat alıb