Ev İdman “Səbail”dən ayrılan futbolçu Fransa liqasında çıxış edəcək

“Səbail”dən ayrılan futbolçu Fransa liqasında çıxış edəcək

74

“Səbail”dən ayrılan David Qomis karyerasını Fransada davam etdirəcək.

Oxu.Az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Fransa III Liqasında davam etdirəcək.

Yarımmüdafiəçi “Şatoru” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qvineya-Bissau millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, David Qomis 2023-cü ildən “Səbail”də çıxış edirdi. O bu komanda ilə çıxış etdiyi 59 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Əvvəlki məqaləZinəddin Zidan “Fənərbağça” ilə bağlı yekun qərarını verib
Növbəti məqalədəZahid Oruc: “Son 30 ildə heç bir təşkilat fəaliyyətinə könüllü şəkildə xitam verməyib”