Ev İqtisadiyyat Alen Simonyan: “Yaxın gələcəkdə ermənilərlə azərbaycanlılar bir-biri ilə alver edəcəklər”

Alen Simonyan: “Yaxın gələcəkdə ermənilərlə azərbaycanlılar bir-biri ilə alver edəcəklər”

75

“Yaxın gələcəkdə ermənilərlə azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, vahid bazar formalaşacaq. Bizim mağazalarımızda Azərbaycan malları, Bakıda və Azərbaycanın digər şəhərlərindəki mağazalarda isə erməni malları olacaq”.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə brifinqdə jurnalistlərə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib.

“Ermənilər gedib daha ucuz benzin alacaqlar, çünki bu, sərfəlidir”, – deyə Simonyan qeyd edib.

Əvvəlki məqaləMustafayev və Qriqoryan Zəngəzur və Zəngilanda olublar
Növbəti məqalədəNazirdən ÖZƏL AÇIQLAMA: “Kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxışı GENİŞLƏNƏCƏK”