Ev Siyasət Mirzoyan: “Delimitasiya və demarkasiya ilə bağlı yeni xəbərlər ola bilər”

Mirzoyan: “Delimitasiya və demarkasiya ilə bağlı yeni xəbərlər ola bilər”

70

“Azərbaycanla yolların açılması, o cümlədən delimitasiya və demarkasiya məsələləri üzərində işləyirik və bu istiqamətdə yeni xəbərlər ola bilər”.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də əhəmiyyətli nəticələrin şahidi olmağın vaxtı çatıb:

“Biz kommunikasiyaların açılması üzərində işləyirik. Bir çox texniki məsələlər üzrə danışıqlar aparmaq lazımdır. Kommunikasiyaların açılmasına nail olmaq bizim maraqlarımıza uyğundur”, – deyə Mirzoyan qeyd edib.

Əvvəlki məqaləSiyasi partiyanın maliyyə hesabatı ilə bağlı qaydaya dəyişiklik edilib
Növbəti məqalədəMustafayev və Qriqoryan Zəngəzur və Zəngilanda olublar