Ev Siyasət Adil Vəliyev: “Həkimlərin tarif maaşı 550-700 manat arasındadır”

Adil Vəliyev: “Həkimlərin tarif maaşı 550-700 manat arasındadır”

72

“Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli qərarı ilə 5 600 manatdan hər bir təhsil alan rezidentə düşən illik vəsait 8 600-ə qaldırılıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bu gün keçirilən iclasında danışıb.

“Onların aylıq vəzifə maaşı həkimlərin tarif maaşına bərabərdir. Hazırda 550-575 manat arasındadır. Bu da onların dərəcələrinə görə dəyişir. Bildiyiniz kimi, həkimlərin də tarif maaşı 550-700 manat arasındadır”, – deyə şöbə müdiri bildirib.

Əvvəlki məqaləİlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Növbəti məqalədəSus kəndində ilk zəng çalınıb