Ev Dünya Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovanı axtarışa verdi

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovanı axtarışa verdi

76

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova barəsində axtarış elan edib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında bildirilib.

Pamfilova 2024-cü ildə axtarışa verilib. Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbərinə qarşı “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi üzrə qiyabi ittiham irəli sürülüb.

Ella Pamfilova 2018-ci ildən Ukraynanın “Mirotvorets” saytının məlumat bazasındadır.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan “Mirotvorets” portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

Əvvəlki məqaləSabah leysan yağacaq, şimşək çaxacaq
Növbəti məqalədəZelenski Putin və Trampla üçtərəfli görüşə hazır olduğunu açıqlayıb