Ev Dünya Zelenski Putin və Trampla üçtərəfli görüşə hazır olduğunu açıqlayıb

Zelenski Putin və Trampla üçtərəfli görüşə hazır olduğunu açıqlayıb

64

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə üz-üzə görüşməyə hazır olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, Zelenski bu barədə “Sky News”a müsahibəsində danışıb.

Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə razıdır, lakin danışıqların Moskvada baş tutması qəbuledilməzdir.

Bir gün əvvəl isə Zelenski bildirmişdi ki, Rusiya lideri ilə dialoqa açıqdır, lakin bu, amerikalılar və ya avropalılar vasitəsilə deyil, onların dəstəyi ilə, ancaq birbaşa iştirakları olmadan həyata keçirilməlidir.

Əvvəlki məqaləUkrayna Təhlükəsizlik Xidməti Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovanı axtarışa verdi
Növbəti məqalədəBƏƏ prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub