Ev Dünya “Land Rover” şirkətinə kiberhücum: Zavodlarının fəaliyyəti bir aylıq dayandırıldı

“Land Rover” şirkətinə kiberhücum: Zavodlarının fəaliyyəti bir aylıq dayandırıldı

90

Kiberhücum nəticəsində zavodlarının fəaliyyətini dayandırmaq məcburiyyətində qalan Britaniyanın “Jaguar Land Rover” avtomobil istehsalçısı bu müddəti 1 oktyabra qədər artırıb.

Oxu.Az bu barədə “Reuters”ə istinadla xəbər verir.

Bildirilir ki, sentyabrın əvvəllərində baş vermiş kiberhücum avtomobil istehsalçısının işini iflic edib, vəziyyət kiçik təchizatçıları da çətin duruma salıb.

Qeyd edilir ki, Böyük Britaniyada “Jaguar Land Rover”in gündəlik istehsal gücü 1 000 avtomobil olan üç zavodu fəaliyyət göstərir. Zavodların işini bərpa edə bilməməsi şirkətə həftədə 50 milyon funt sterlinq (114.9 milyon manat) itkiyə səbəb olur. Zərərçəkmiş müəssisələrdə çalışan 33 min işçinin çoxuna isə evdə qalmaq tövsiyə edilib.

Əvvəlki məqaləPortuqaliya millisinin baş məşqçisinin evinə basqın olub: Azı milyon avroluq oğurluq
Növbəti məqalədəİlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın baş naziri ilə görüşü olub