Ev İdman Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının rəsmi oyun topunu təqdim...

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının rəsmi oyun topunu təqdim edib. Müsabiqə üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.

78

Oxu.Az-ın xəbərinə görə, bu barədə Championat.com nəşri məlumat verib.

Məlumata görə, dizaynda ev sahibi ölkələri simvolizə edən üç rəngdən – qırmızı, mavi və yaşıl – istifadə edilib. Top TRIONDA adlandırılıb.

2026-cı il dünya çempionatında 48 milli komanda iştirak edəcək. Qruplarda ilk iki yeri tutan komandalar, eləcə də üçüncü yerdə qərarlaşan səkkiz ən yaxşı komanda dünya birinciliyinin pley-off mərhələsinə yüksələcək.

Əvvəlki məqaləAzərbaycanda yeni radio fəaliyyətə başlayıb
Növbəti məqalədəAddai Holandı geridə qoydu, ƏN YAXŞI seçildi