Ev Siyasət Viktor Orban Qəbələdə səfərdədir

Viktor Orban Qəbələdə səfərdədir

81

Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlki məqaləEverestdə qar çovğunu: Min turist təcrid olunub
Növbəti məqalədəAzərbaycan və İran Hərbi Dəniz qüvvələri komandanları Rusiyada görüşəcəklər