Ev Manşet Düşənbədə İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü olub

Düşənbədə İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü olub

102

Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunulub.

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edilib.

Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayıblar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Əvvəlki məqaləİlham Əliyev: “Tacikistan ilə Azərbaycan arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir”
Növbəti məqalədəAzərbaycan nefti cüzi ucuzlaşıb