Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin Maltada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a AFFA-nın Mətbuat Xidmətindən məlumat verilib.AFFA
Bildirilib ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda noyabrın 5-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Seçmə mərhələdə 13-cü qrupda yer alan U-19 Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq.










