Ev Manşet “Haber Global”: “İlham Əliyev Ərdoğana başsağlığı verdi”

“Haber Global”: “İlham Əliyev Ərdoğana başsağlığı verdi”

111

Türkiyə hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziya kanalı süjet paylaşıb.İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlığı vurğulayıb.”Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, – dövlət başçısı bildirib.Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Əvvəlki məqaləSəyahət zamanı təhlükəli qidalar açıqlandı
Növbəti məqalədəElvin Cəfərquliyev Azərbaycan millisinin heyətindən ÇIXARILDI – SƏBƏB