Ev Hərbi Türkiyənin ilk hibrid mühərrikli peyki kosmosa göndərilib

Türkiyənin ilk hibrid mühərrikli peyki kosmosa göndərilib

42

Türkiyənin hibrid mühərrikli peyki – “FGN-TUG-S01” ABŞ-nin Vandenberq Hava Bazasından “SpaceX Falcon 9” raketi ilə kosmosa göndərilib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu texnologiya tam yerli istehsaldır.

Məlumata görə, “Baykar”ın İdarə Heyətinin sədri Selçuk Bayraktarın “Fergani Space Technologies” şirkəti tərəfindən hazırlanan peyk dünyada ilk dəfə hibrid raket mühərrikinə sahib olacaq.

Bayraktar bildirib ki, missiya Türkiyənin planlaşdırdığı Uluqbəy Qlobal Mövqeləndirmə Sistemi üçün vacib bir infrastrukturdur. Sistem beş il ərzində 100-dən çox peyklə müstəqil mövqeləndirmə və kosmik logistika imkanlarına nail olmağı hədəfləyir.

Əvvəlki məqaləBu həftəiçi keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Növbəti məqalədəMaduro Venesuelanın hakim partiyasının yeni tərkibini açıqlayıb