Ev Cəmiyyət Sumqayıt-Yalama dəmir yolu xəttinin tikintisi yekun mərhələdədir

Sumqayıt-Yalama dəmir yolu xəttinin tikintisi yekun mərhələdədir

164

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması işləri yekun mərhələdədir.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sumqayıt-Yalama dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinin icrasına 2020-ci ildən başlanılıb. Yenidənqurma işlərinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Sumqayıt-Yalama dəmir yolu xəttinin ox üzrə uzunluğu 333,69 kilometr, yan yollarla birlikdə isə 362,12 kilometr təşkil edir.

Əvvəlki məqalə“Azərenerji” bir mənbə metodu ilə 57 milyon manatlıq iki satınalma həyata keçirib
Növbəti məqalədəAzərbaycanda iki futbol oyununda yanlış penalti qərarları verilib