ABŞ hökuməti Venesuelaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırır.
Oxu.Az bildirir ki, bu barədə CNBC telekanalı Ağ Evə yaxın mənbəyə istinadən məlumat verir.
Xatırladaq ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuelaya hücum edərək, Prezident Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirib və ölkədən çıxarıb. Yanvarın 5-də Venesuela liderinin narkokartelin yaradılması ilə bağlı cinayətlərə görə məhkəməsi başlayıb. Lakin işə mahiyyəti üzrə 2027-ci ildən tez baxılmayacaq.Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti olaraq prezident vəzifələrinin icraçısı təyin edilib. Tramp Rodrigesi hədələyib ki, düzgün qərarlar verməyəcəyi təqdirdə “çox yüksək əvəz” ödəyəcək. Rodriges isə Trampı sülhə və dialoqa çağırıb.










