Ev Siyasət Publik hüquqi şəxslərin maliyyələşdirilməsi qaydalarında dəyişiklik edilib

Publik hüquqi şəxslərin maliyyələşdirilməsi qaydalarında dəyişiklik edilib

21

“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.

Həmçinin vəsaitlər bu müqavilənin imzalandığı büdcə ilinin sonunadək tam xərclənmədikdə, qalığın növbəti ilin xərclərinə aid edildiyinə dair bənd ləğv olunub.

Əvvəlki məqalə“Minval Politika”: “Moskva hələ sentyabrda AZAL təyyarəsinin qəzası işində əsas təqsirləndirilən şəxsə qarşı bütün ittihamları ləğv edib”
Növbəti məqalədəAzərbaycandan Ermənistana neft məhsulları göndərilib