Ev İqtisadiyyat Gümüşün qiyməti tarixi maksimumunu yenilədi

Gümüşün qiyməti tarixi maksimumunu yenilədi

23

“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 85 dolları keçib.

Oxu.Az-ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir.Bakı vaxtı ilə saat 17:05-ə olan məlumata görə, qiymətli metalın dəyəri 7.18% artaraq trua unsiyası üçün 85.035 dollara çatıb.

Bakı vaxtı ilə saat 17:10-a qədər gümüşün qiyməti artımını sürətləndirib və trua unsiyası üçün 85.27 dollara (+7.47%) çatıb.Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçersləri trua unsiyası üçün 4 614.5 dollar (+2.52%) təşkil edib

Əvvəlki məqaləAgentlik sədri: “Ötən apreldə son 60 ildə yağmayan bir yağış yağıb”
Növbəti məqalədəANAMA yanında İctimai Şuradan azad olunan ərazilərə qayıdan şəxslərə XƏBƏRDARLIQ