Ev İdman “Neftçi” Əbu-Dabidə Misir komandası ilə heç-heçə etdi

“Neftçi” Əbu-Dabidə Misir komandası ilə heç-heçə etdi

21

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununu keçirib.

Oxu.Az xəbər verir ki, “ağ-qaralar” Misir təmsilçisi “Piramids”lə üz-üzə gəlib.”Məhəmməd bin Zayed” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Azərbaycan təmsilçisinin qolunu Murad Məmmədov vurub.Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.

Əvvəlki məqaləSOCAR-dan əməliyyat mükəmməlliyi və təkmilləşməyə töhfə verəcək platforma
Növbəti məqalədəTürkiyəli nazir: “Zəngəzur dəhlizi 2030-cu ilə qədər istifadəyə veriləcək”