Ev Cəmiyyət Azərbaycan mədəniyyətinin inkişafına dair altı dövlət proqramı hazırlanacaq

Azərbaycan mədəniyyətinin inkişafına dair altı dövlət proqramı hazırlanacaq

23

Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı layihəsi hazırlanacaq.

Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında əksini tapıb.Bunlar aşağıdakılardır:1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı;2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı;

3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı;4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı;5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı;6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.Konsepsiya üç mərhələni əhatə edəcək.Birinci mərhələ 2026-2030-cu, ikinci 2031-2035-ci, üçüncü isə 2036-2040-cı illərdə müvafiq tədbirlər planları əsasında həyata keçiriləcək.

Əvvəlki məqaləTürkiyəli nazir: “Zəngəzur dəhlizi 2030-cu ilə qədər istifadəyə veriləcək”
Növbəti məqalədəAzərbaycan XİN-dən TRIPP-in icrası üzrə çərçivə sənədinə MÜNASİBƏT