Ev Manşet Azərbaycan XİN-dən TRIPP-in icrası üzrə çərçivə sənədinə MÜNASİBƏT

Azərbaycan XİN-dən TRIPP-in icrası üzrə çərçivə sənədinə MÜNASİBƏT

21

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) icrası üzrə çərçivə sənədinə dair yerli mətbuatın sualına cavab verib.

Oxu.Az xəbər verir ki, XİN sözçüsü bildirib ki, qeyd edilən sənədin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır:

“Bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir”.”Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir”, – deyə A.Hacızadə vurğulayıb

Əvvəlki məqaləAzərbaycan mədəniyyətinin inkişafına dair altı dövlət proqramı hazırlanacaq
Növbəti məqalədəTuğda su təsərrüfatının qurulması üçün 4,8 milyon manatlıq tender elan olunub