Misli Premyer Liqasının iki təmsilçisi – “Araz-Naxçıvan” və “Qəbələ” komandaları arasında keçirilən yoxlama matçı başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüşdə “Qəbələ” rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarıb.
Matçın yeganə qolunu 38-ci dəqiqədə qanalı hücumçu Prins Ovusu vurub.Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. “Qəbələ” isə “Kəpəz”i 3:1 hesabı ilə üstələyib.










