Ev Dünya ABŞ prezidenti şah oğlunun İranda dəstək alacağına inanmır

ABŞ prezidenti şah oğlunun İranda dəstək alacağına inanmır

17

ABŞ Prezidenti Donald Tramp özünü İran şahının varisi kimi təqdim edən Rza Pəhləvinin ölkə daxilində dəstək qazana biləcəyinə əmin deyil.

Oxu.Az xəbər verir ki, D.Tramp “Reuters” agentliyinə müsahibədə bu barədə danışıb.

O, Pəhləvini “yaxşı insan” adlandırsa da, “şahzadənin” hakimiyyətə gələ biləcəyinə şübhə edir.

ABŞ prezidenti hökumətin etirazlar səbəbindən çökə biləcəyini deyib, lakin Trampın fikrincə, bu, baş verməsə belə, İranda maraqlı bir dövr olacaq.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib, şəhər küçələrində naməlum silahlı qruplar peyda olub.

Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib və bir uşaq da daxil olmaqla, ən azı 12 dinc sakin həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verib. Tehran meri Əlirza Zəkani bildirib ki, iğtişaşçılar paytaxtda 25 məscidi yandırıblar, 26 banka, üç tibb mərkəzinə, 10 dövlət müəssisəsinə, 48 yanğınsöndürmə maşınına, 42 avtobusa və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər veriblər.

İran hakimiyyəti iğtişaşçıları terrorçu adlandırıb və iğtişaşlara görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.

Əvvəlki məqalə“Yaşayan Əfsanə” Samuel Kvoku yenidən Bakıya gəlir
Növbəti məqalədəAğdamda yaşayış məhəlləsinin infrastruktur işlərinə 9,3 milyon manat xərclənəcək