Ev Hərbi Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri davam edir

Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri davam edir

56

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili ilə birlikdə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasında olub.

Hərbi baza barədə ətraflı məlumat verildikdən sonra Azərbaycan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub və silahlara baxış keçirib.

Əvvəlki məqaləElçin Babayev: “Ədalət yalnız güc vasitəsilə deyil, eyni zamanda, hüquqi, diplomatik müstəvilərdə həllini tapa bilər”
Növbəti məqalədəAvropa çempionatı: Azərbaycan millisi final uğrunda Serbiya ilə üz-üzə