Ev İdman Harri Keyn İngiltərə millisinin dünya çempionatındakı rekordunu təkrarladı

Harri Keyn İngiltərə millisinin dünya çempionatındakı rekordunu təkrarladı

33

Hücumçu Harri Keyn dünya çempionatlarının pley-off mərhələsində vurulan qolların sayına görə İngiltərə millisinin rekordunu təkrarlayıb.

Oxu.Az xəbər verir ki, hücumçu 1/8 finalda Meksikaya qarşı oyunda fərqlənib. Bu, Keynin sözügedən mərhələlərdəki altıncı qolu olub. Eyni sayda qolu İngiltərə millisinin tarixində yalnız Harri Lineker vurmağı bacarıb.

Qeyd edək ki, hücumçu 85 qolla İngiltərə millisinin ən çox fərqlənən oyunçusudur. O, Rusiyada keçirilən dünya çempionatında rəqib qapılarına altı qol vurmaqla turnirin bombardiri olmuşdu.

Xatırladaq ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.

Əvvəlki məqaləLekler “Formula-1” üzrə Böyük Britaniya Qran-prisinin qalibi olub
Növbəti məqalədəDünya bazarında “Brent” markalı neft ucuzlaşdı