Ev İdman DÇ-2026: ABŞ – Belçika oyununda beş qol vuruldu

DÇ-2026: ABŞ – Belçika oyununda beş qol vuruldu

26

Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsi çərçivəsində ABŞ – Belçika oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, beş qol vurulan oyunda avropalılar mundiala ev sahibliyi edən ABŞ-ni məğlub ediblər.

Sietl şəhərində keçirilən oyunun 9-cu dəqiqəsində Şarl de Katelare Belçika komandasını irəli çıxarıb – 0:1. 31-ci dəqiqədə Malik Tillman ABŞ-nin oyunda yeganə qolunu vurub. Katelare bundan iki dəqiqə sonra özünün və komandasının ikinci qoluna imza atıb. Ardınca Hans Benaken 57-ci, Romelu Lukaku isə 90+3-cü dəqiqədə fərqləniblər.

1:4 hesabı ilə qalib gələrək 1/4 finala adını yazdıran Belçika bu mərhələdə İspaniya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan öncə DÇ-2026-ya ev sahibliyi edən Kanada və Meksika da 1/8 finalda rəqiblərinə məğlub olaraq turniri tərk ediblər.

Əvvəlki məqaləPortuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu –
Növbəti məqalədəTramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb