Ev Cəmiyyət ADY-də yeni təyinat: Fərid Hüseynova vəzifə verildi

ADY-də yeni təyinat: Fərid Hüseynova vəzifə verildi

32

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətində daha bir yeni təyinat olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə qurumun İdarə Heyətinin sədri Rövşən Rüstəmov əmr imzalayıb.

Əmrə əsasən, Fərid Vidadi oğlu Hüseynov ADY-nin Təchizat və təsərrüfat departamentinin Satınalma şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilərək qurumun Satınalma şöbəsinin qrup rəhbəri postuna təyin edilib.

Qeyd edək ki, F.Hüseynov 2018-ci ildən ADY-də müxtəlif vəzifələrdə çalışır.

Əvvəlki məqaləDünya bazarında neft KƏSKİN BAHALAŞDI
Növbəti məqalədəSabah hava necə olacaq?