Ev İqtisadiyyat Rövşən Nəcəf Karlo Korsi ilə görüşüb

Rövşən Nəcəf Karlo Korsi ilə görüşüb

30

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Technip Energies Italy S.p.a.”nın baş icraçı direktoru Karlo Korsi ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub, potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

Söhbət zamanı neft-kimya sahəsində yüksək xammal çevikliyinə malik istehsal həllərinin tətbiqi, eləcə də məhsuldarlığın artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətlərində mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər SOCAR-ın xarici ölkələrdə icra etdiyi layihələrdə “Technip Energies Italy S.p.a.” şirkətinin iştirakı imkanlarına, yaşıl enerji və dekarbonizasiya layihələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində SOCAR ilə “Technip Energies Italy S.p.a.” arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, sənəd “Petkim Master Plan” layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.

Əvvəlki məqaləCeyhun Bayramov: “Ermənistanla sərhədlərin delimitasiyası prosesində müsbət işin şahidiyik”
Növbəti məqalədəUşaqların sosial şəbəkə asılılığı: “Meta” şirkəti rekord məbləğdə cərimə ilə üz-üzədir