Ev Cəmiyyət Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

33

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.

Bu barədə Oxu.Az-a Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, buna səbəb ​təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.

Belə ki, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Əvvəlki məqaləMİQ imtahanlarının vaxtı AÇIQLANDI
Növbəti məqalədə“Fənərbağça”nın keçmiş hücumçusu “Qalatasaray”la anlaşdı