Ev Dünya Ukraynanın yeni baş naziri bəyanatla çıxış edib

Ukraynanın yeni baş naziri bəyanatla çıxış edib

31

“Yeni Nazirlər Kabinetinin başlıca hədəfi Ukrayna Silahlı Qüvvələrinin tam təmin edilməsi və Ukrayna müdafiə-sənaye kompleksinin miqyasının genişləndirilməsidir”.Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ukraynanın yeni təyin olunmuş baş naziri Sergey Koretski öz açıqlamasında ifadə edib.Hökumət başçısının sözlərinə görə, o, öz vəzifələrinin icrasına dəqiq müəyyən edilmiş prioritetlərlə başlayır:”Bizim əsas vəzifəmiz Ukrayna Müdafiə Qüvvələrinin tam təmin edilməsi və Ukrayna müdafiə-sənaye kompleksinin miqyasının genişləndirilməsidir.Cəbhə xəttində mövqelərin qorunması, dəqiq zərbələrin endirilməsi və uzaqmənzilli əməliyyatların həyata keçirilməsi üçün hərbçilərimizin lazımi vasitələrlə təmin olunması istiqamətində bütün addımları atacağıq. Bura müxtəlif növ pilotsuz uçuş aparatları, yerüstü robotlaşdırılmış komplekslər, ən yeni silah və avadanlıqlar daxildir”.

“Bizim borcumuz dövlətin bütün sosial öhdəliklərini yerinə yetirmək, pensiyaların, sosial yardımların vaxtında ödənilməsini və əsas dövlət xidmətlərinin maliyyələşdirilməsini təmin etməkdir”, – deyə Koretski əlavə edib.Bunlarla yanaşı, xarici müttəfiqlərlə əməkdaşlığın dərinləşdirilməsi, yeni maliyyə mənbələrinin tapılması və ayrılan beynəlxalq dəstəyin ən səmərəli şəkildə yönləndirilməsi də hökumətin prioritetləri sırasındadır.”Dövlətimizin strateji hədəfi sabitdir – bu, Ukraynanın Avropa İttifaqına tam hüquqlu üzv qəbul edilməsidir. Fəaliyyətə başlayırıq”, – deyə Koretski fikrini tamamlayıb.

Əvvəlki məqaləHikmət Hacıyev Şuşa şəhərindən yeni görüntülər paylaşıb
Növbəti məqalədəŞuşa qalasının leysan nəticəsində uçmuş hissəsi bərpa olunacaq