Ev İdman FIFA prezidenti xilas yolunu Trampda görür – 4.2 milyard dollarlıq qalmaqal

FIFA prezidenti xilas yolunu Trampda görür – 4.2 milyard dollarlıq qalmaqal

21

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino vəzifəsini qoruyub saxlamaq üçün ABŞ Prezidenti Donald Trampın Administrasiyasından kömək istəyib.Oxu.Az “New York Post” qəzetinə istinadən xəbər verir ki, avqustun 3-də futbol funksioneri yaranmış vəziyyətlə bağlı ABŞ Dövlət katibi Marko Rubio ilə həlledici danışıqlar aparacaq.”O, dövlət katibi ilə əlaqə saxlayaraq futbolun Amerikanın “yumşaq güc”ünün bir hissəsi ola biləcəyini müzakirə etmək istəyirdi. Lakin hamımız bilirik ki, əsas məsələ onun işdən çıxarılmaqdan qorunmasıdır. Hazırkı mərhələdə başqa heç bir mövzudan söhbət gedə bilməz”, – deyə nəşrin həmsöhbətlərindən biri vəziyyəti şərh edib.

Qəzetin məlumatına görə, səs-küylü qalmaqal fonunda FIFA prezidenti dəfələrlə Trampla telefonla əlaqə saxlamağa cəhd edib. Nəşr xatırladır ki, İnfantino dünya çempionatının yayım hüquqlarının bir hissəsini özəl investorlara satmaq təklifi ilə çıxış etdikdən sonra sərt tənqid hədəfinə çevrilib. Artan təzyiqlərdən sonra o, bu ideyadan geri çəkilməyə məcbur olub.Sözügedən plan FIFA-nın əsas kişi və qadın yarışlarına tam nəzarət edəcək yeni bir şirkətin yaradılmasını nəzərdə tuturdu. İnfantinonun fikrincə, “FIFA Forward Enterprise” adlı qurumun təsisi FIFA-ya üzv olan assosiasiyaların gəlirlərini xeyli artıracaq və bütün dünyada futbolun inkişafına təkan verəcəkdi. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının hesablamalarına görə, bu sxem idmana 4.2 milyard dollar cəlb edə bilərdi. Lakin təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi şəkildə qınanaraq rədd edilib. İdman jurnalisti Romen Molina isə təşkilat daxilində bütün dəstəyini itirən İnfantinonun tezliklə istefaya göndəriləcəyini bildirib.

Əvvəlki məqaləHasil Abbasov iki şöbə müdirini işdən çıxardı
Növbəti məqalədəAvstriyada bu yay ikinci dəfə ən yüksək hava təhlükəsi xəbərdarlığı edilib