Ev İqtisadiyyat Notariat hərəkətləri barədə məlumatlar vergi orqanına ötürüləcək

Notariat hərəkətləri barədə məlumatlar vergi orqanına ötürüləcək

30

“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilib.Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.

Əvvəlki məqaləMəişət zorakılığı ilə bağlı məlumat bankının təşkili qaydasında dəyişiklik olunub
Növbəti məqalədəHasil Abbasov iki şöbə müdirini işdən çıxardı