Ev Hərbi Müdafiə naziri hərbi attaşelərlə görüşüb

Müdafiə naziri hərbi attaşelərlə görüşüb

32

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, müdafiə nazirinə cari il ərzində ölkəmizin digər ölkələrlə hərbi əməkdaşlığı üzrə mövcud vəziyyət, hərbi attaşelik aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni təsis olunmuş attaşelik aparatları barədə ətraflı məlumat verilib.Tədbirdə həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı sülhün təmin olunması istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin və ölkəmizdə ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatların təbliğinin vacibliyi vurğulanıb.

General-polkovnik Z.Həsənov hərbi attaşelik aparatları tərəfindən xarici dövlətlərdə ölkəmizin milli maraqlarının qorunması və hərbi sahədə qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə görülən işləri müsbət qiymətləndirib.

Əvvəlki məqaləPaytaxtda 13 istiqamətdə sıxlıq var
Növbəti məqalədəRomada Livan-İsrail danışıqlarının növbəti raundu keçirilir