Misirin futbol əfsanəsi Məhəmməd Salah artıq İstanbuldadır. “Trabzonspor” azarkeşləri çoxdan gözlədikləri Məhəmməd Salahla görüşüblər.Oxu.Az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.”Trabzonspor” fanatları Məhəmməd Salahı qarşılamaq məqsədilə Atatürk Hava Limanına böyük axın ediblər. İstanbulda azarkeşlərlə görüşdükdən sonra misirli ulduz hava limanının ərazisini tərk edib.Xəbərə görə futbolçu axşam saatlarında Trabzona yola düşəcək və minlərlə azarkeş misirli hücumçunu şəhərdə xüsusi coşqu ilə qarşılayacaq.Bundan başqa mağazaların qarşısında növbəyə duran azarkeşlərin yeni aldıqları formalara “M.Salah” adını yazdırdıqları müşahidə olunub.










