Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir.Sərəncama əsasən, Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi əsasda təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:Təşkilat Komitəsinin sədriSamir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müaviniAzərbaycan Respublikasının iqtisadiyyat naziriTəşkilat Komitəsinin üzvləri:Azərbaycan Respublikasının xarici işlər naziriAzərbaycan Respublikasının maliyyə naziriAzərbaycan Respublikasının mədəniyyət naziriAzərbaycan Respublikasının daxili işlər naziriAzərbaycan Respublikasının fövqəladə hallar naziriAzərbaycan Respublikasının səhiyyə naziriAzərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziriAzərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziriAzərbaycan Respublikasının energetika naziriAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədriAzərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədriAzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisiAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisiAzərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisiAzərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədriAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədriAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədriAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədriBakı Şəhər İcra Hakimiyyətinin başçısıAzərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoruAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti”Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti”Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir.Bu məqsədlərə xidmət edən 2025-ci ildə keçirilmiş birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platforma olmuşdur. Qurulan əməkdaşlıq əlaqələri Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradıb.










