Ev İqtisadiyyat Azərbaycan gələcəyin enerjisini Avropaya daşıyır

Azərbaycan gələcəyin enerjisini Avropaya daşıyır

25

Son illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı ciddi müzakirələr aparılır. Ölkəmizin yaşıl enerjiyə yatırımları, potensial ixrac hədəfləri bu sahədə uğurlu əməkdaşlıq modelinin yaradıla biləcəyinə dair inamı artırır.Oxu.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:Avropa son yüz ilin ən isti yayını yaşayır. Köhnə qitə bu səbəbdən çox ciddi problemlərlə üzləşib. Ən çox narahatlıq yaradan məqamlardan biri isə elektrik enerjisi istehsalı sahəsində yaşanan çətinliklər, artan tələbatın qarşılana bilməməsidir. Macarıstanda enerji böhranı fonunda mağazalar və müəssisələr işıqlı lövhələri kütləvi şəkildə söndürməyə, kondisionerlərdən istifadəni məhdudlaşdırmağa və elektrik enerjisinə qənaət etmək üçün digər tədbirlər görməyə başlayıblar. Budapeşt böhran fonunda qonşu ölkələrdən elektrik enerjisi tədarük etməyə çalışır. Lakin digər ölkələrdə də vəziyyət ürəkaçan deyil.Belə bir durumda alternativ enerji mənbələrinin əhəmiyyəti, idxal coğrafiyasının genişləndirilməsi ciddi şəkildə müzakirə olunmaqdadır. Neft və qaz ixracı sahəsində etibarlı tərəfdaş statusu qazanan, bu sahədə artıq özünü yetərincə təsdiqləmiş Azərbaycanın adı yenidən gündəmə gətirilir. Bu dəfə isə ənənəvi yox, alternativ enerji ixracatçısı kimi. Qeyd edək ki, son illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıqla bağlı ciddi müzakirələr aparılır. Ölkəmizin yaşıl enerjiyə yatırımları, potensial ixrac hədəfləri bu sahədə uğurlu əməkdaşlıq modelinin yaradıla biləcəyinə dair inamı artırır.

Əvvəlki məqaləİlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
Növbəti məqalədəZaur Əliyev: “Daha çox insanın üzgüçülüklə məşğul olmasını istəyirik”