Ev İdman “Çelsi”nin yeni sol cinah müdafiəçisi məlum oldu

“Çelsi”nin yeni sol cinah müdafiəçisi məlum oldu

23

“Çelsi” klubu İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən sol cinah müdafiəçisi Pep Çavarrianı transfer edib.Oxu.Az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 28 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə bağlanıb. London təmsilçisi 28 yaşlı futbolçu üçün 16.3 milyon funt sterlinq ödəyib. Müqavilədə əlavə ödənişlərin də nəzərdə tutulduğu bildirilir.Qeyd edək ki, müdafiəçi 2022-ci ildən “Rayo Valyekano”da çıxış edib. O, İspaniya çempionatının 2025/2026 mövsümündə 33 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb

Əvvəlki məqaləGünəşdəki partlayış aktivliyi ilə bağlı proqnoz açıqlanıb
Növbəti məqalədəArzu Nağıyev: ” Cənab Prezidentin Naxçıvan səfəri Muxtar Respublikanın gələcəyinə hesablanmış strateji sərmayə kimi qiymətləndirilməlidir”