Ev İqtisadiyyat SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib

SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib

41

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qlobal enerji bazarlarında qiymət dəyişkənliyi, geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənlik fonunda 2025-ci ili yüksək maliyyə göstəriciləri ilə başa vurub.Oxu.Az “Report”a istinadən xəbər verir ki, şirkət il ərzində əməliyyat səmərəliliyini artıraraq maliyyə göstəricilərində əhəmiyyətli irəliləyişə nail olub.SOCAR strateji inkişaf prioritetlərinə uyğun olaraq, beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirinin müxtəlif seqmentlərində mövqeyini gücləndirib və investisiya imkanlarını dəyərləndirərək yeni bazarlara açılıb. Bununla yanaşı, xərclərin optimallaşdırılması, müəssisələr arasında inteqrasiyanın gücləndirilməsi, maliyyə resurslarının effektiv idarə olunması, eləcə də innovativ və rəqəmsal həllərin tətbiqi əməliyyat səmərəliliyinin artırılmasına töhfə verib.2025-ci ilin maliyyə nəticələrində əsas diqqətçəkən məqam mənfəət göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsidir. Gəlirlərin 1.9% artmasına baxmayaraq, ümumi mənfəətin 70.5%, əməliyyat mənfəətinin 80.1%, EBITDA-nın isə 26% yüksəlməsi gəlirlilik və əməliyyat səmərəliliyi baxımından güclü nəticələri əks etdirir.Eyni zamanda, aktivlərin və kapitalın artması, uzunmüddətli öhdəliklərin isə azalması 2025-ci ilin nəticələrini yalnız mənfəətlilik baxımından deyil, balans göstəriciləri baxımından da fərqləndirir. Bu dinamika SOCAR-ın cari fəaliyyətini uğurla davam etdirməklə yanaşı, uzunmüddətli inkişaf və investisiya imkanlarını dəstəkləyən maliyyə bazasını qoruduğunu göstərir.Beləliklə, 2025-ci ilin nəticələri SOCAR üçün yalnız maliyyə göstəricilərində artım ili deyil, eyni zamanda, əməliyyat səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq biznes portfelinin genişləndirilməsi ilə xarakterizə olunan dövr olub.

Əvvəlki məqaləPakistanın yeni konsulu Azərbaycanın media nümayəndələri ilə görüşüb
Növbəti məqalədəTƏBİB rəhbəri baş həkimi işdən azad etdi