Ev İqtisadiyyat Yaxın Şərqdəki gərginlik fonunda neft bahalaşdı

Yaxın Şərqdəki gərginlik fonunda neft bahalaşdı

7

Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi səbəbindən dünya bazarlarında neftin bahalaşması müşahidə olunur.Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında noyabr ayında çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 2.36 dollar (2.68%) artaraq bir barel üçün 90.46 dollara satılıb. Əvvəlki sessiyada isə “Brent” 0.42 dollar (0.47%) ucuzlaşaraq bir barel üçün 87.10 dollar təşkil etmişdi.Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 2.21 dollar (2.65%) bahalaşaraq bir barel üçün 85.61 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.13 dollar (0.16%) azalaraq bir bareli 83.4 dollara satılmışdı.

Əvvəlki məqaləBişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub
Növbəti məqalədəBakı və Abşeron yarımadasında dolu yağacaq