Fatih Tekke tərəflərin qarşılıqlı razılığı əsasında “Trabzonspor”un baş məşqçisi vəzifəsindən ayrılıb.Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.Fatih Tekke avqustun sonunda Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanın “Ferentsvaroş” klubuna məğlubiyyətdən (0:4) sonra klubdan ayrıldığını elan etmişdi, lakin həmin vaxt rəhbərlik 48 yaşlı mütəxəssisin istefasını qəbul etməmişdi.İstefa qərarı “Trabzonspor”un Türkiyə Superliqasında səfərdə “Amedspor”a məğlub olmasından sonra verilib.Qeyd edək ki, Fatih Tekke 2025-ci ilin mart ayından “Trabzonspor”a rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda Türkiyə Kubokunu qazanıb.










