Ev Dünya SEPAH İraqda ABŞ-nin hərbi bazalarına zərbələr endirdi

SEPAH İraqda ABŞ-nin hərbi bazalarına zərbələr endirdi

5

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanı ərazisində yerləşən ABŞ hərbi bazalarındakı hədəflərə zərbələr endirib.Oxu.Az xəbər verir ki, bu barədə “Fars” agentliyi SEPAH-ın rəsmi bəyanatına istinadən məlumat yayıb.Mətndə qeyd olunur ki, SEPAH-ın quru qoşunları Ərbildəki Amerika bazalarına raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edərək, ABŞ ordusunun təmir mərkəzini, texniki avadanlıq anbarlarını məhv edib, eyni zamanda casus aerostatının yönləndirmə sistemini sıradan çıxarıb.Bunlardan əlavə, Bəhreynin hava hücumundan müdafiə (HHM) sistemləri krallığın ərazisinə hücum etməyə cəhd göstərən İrana məxsus bir neçə PUA-nı havada zərərsizləşdirib.

Əvvəlki məqalə“Mançester Siti” transfer rekordunu təkrarladı
Növbəti məqalədəBakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib