Niderlandda “Euro 95” markalı benzinin tövsiyə olunan qiyməti litr üçün 2.692 avro (təxminən 5.31 manat – red.) təşkil edərək yeni tarixi həddə çatıb.Oxu.Az bu barədə “Hart van Nederland” portalına istinadən xəbər verir.Məlumata görə, bir sutka ərzində benzinin qiyməti litr üçün 2 avrosentdən (təxminən 0.39 manat – red.) çox bahalaşıb. Dizel yanacağının dəyəri də eyni miqdarda artaraq litr üçün 2.664 avroya (təxminən 5.25 manat – red.) çatıb.Niderlandda benzinin qiyməti üzrə bundan əvvəlki rekord mayın 19-da ABŞ-nin İrana qarşı müharibəsi və Hörmüz boğazında gəmiçilikdə yaşanan fasilələr fonunda yanacağın dəyərinin 2.639 avroya (təxminən 5.20 manat – red.) çatdığı zaman qeydə alınmışdı.Bununla yanaşı, Almaniyada da benzinin qiymətləri ABŞ və İran arasında yeni gərginlik səbəbindən rekord həddə çatıb.Bildirilir ki, E10 markalı benzinin (etanol əlavə edilmiş 95-ci marka benzin) bir litrinin dəyəri 2.215 avroya (təxminən 4.37 manat – red.) yüksəlib. Qiymət üzrə əvvəlki rekord 2022-ci ildə qeydə alınmışdı, həmin vaxt yanacağın bir litrinin dəyəri 2.203 avro (təxminən 4.34 manat – red.) idi.










