Ev Cəmiyyət Bakıda 32 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR

Bakıda 32 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR

37

Bakıda 32 marşrutun hərəkət sxemi dəyişdirilir.Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bildirilib ki, paytaxtın Moskva prospektinin kənar yolu, Rəşid İsmayılov küçəsi (Biləcəri enişi) və Natəvan küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.Məlumata görə, müntəzəm marşrutlar üzrə avtobusların hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil ediləcək.Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsi istiqamətində fəaliyyət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutların hərəkəti Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində təşkil olunacaq.156, 156A, 158, 170, 525A və 525B nömrəli marşrutların avtobusları “20 Yanvar” dairəsi və Moskva prospektinin tuneli ilə hərəkət edəcək.91 nömrəli marşrutun fəaliyyəti isə Rəşid İsmayılov küçəsi, 1-ci döngə – Qabil Süleymanov küçəsi istiqamətində təşkil ediləcək.

Əvvəlki məqaləElm və Təhsil Nazirliyinin idarəsi məktəb üçün üç milyon manatlıq tender elan edib
Növbəti məqalədə“Qarabağ”ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi