Ev Dünya Kiyevdə ABŞ rəsmiləri ilə danışıqlara qatılan Avropa təmsilçilərinin kimliyi bilindi

Kiyevdə ABŞ rəsmiləri ilə danışıqlara qatılan Avropa təmsilçilərinin kimliyi bilindi

32

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin iştirakı ilə sentyabrın 6-da Kiyevdə baş tutan danışıqlarda Fransa lideri Emmanuel Makronun diplomatik məsələlər üzrə müşaviri Emmanuel Bonn, Almaniya Kansleri Fridrix Mertsin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Zautter, həmçinin Böyük Britaniya hökumət başçısının milli təhlükəsizlik müşaviri Conatan Pauell də iştirak ediblər.Oxu.Az xəbər verir ki, bu məlumatı “Le Monde” qəzeti yayıb.Nəşrin bildirdiyinə görə, bu rəsmilərin prosesdə iştirakı böyük önəm daşıyıb. Məqalədə xüsusilə vurğulanır ki, Avropa dövlətləri ilə Moskva arasındakı gərginlik səviyyəsinin yüksək qalması və Rusiya ilə aparılacaq danışıqların formatının naməlum olması səbəbindən avropalılar özlərini çətin vəziyyətdə hiss edirlər.”Avropa dövlətlərinin tamhüquqlu iştirakı təmin edilmədən Avropanın gələcək təhlükəsizlik arxitekturasını müzakirə etmək qeyri-mümkündür”, – deyə Fransa təmsilçilərinə yaxın olan mənbəyə istinadən yazıda qeyd edilir.

Əvvəlki məqaləRodri komanda yoldaşının burnunu sındırıb
Növbəti məqalədəAzad edilmiş ərazilərdə ƏDV və gömrük rüsumlarının güzəştinə dair YENİ QƏRAR